Ölkə futbolu

“Porto”nun istədiyi futbolçu “Xəzər Lənkəran”la anlaşdı

"Xəzər Lənkəran" "Sumqayıt"ın hücumçusu Orxan Əliyevi transfer etməyə çox yaxındır.

Hələki danışıqlar davam gedir və yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir. Hər iki tərəf ortaq məxrəcə gələ bilsə, hücumçu "Xəzər Lənkəran"ın yanvar toplanışında iştirak edə biləcək. 18 yaşlı futbolçunun 2 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, gənc Əliyevlə Portuqaliyanın "Porto" klubu da yaxından maraqlanır. Hətta bir müddət öncə o, bu klubda baxışdan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43