Dünyadan

Portuqaliyalı ulduz futbolçunun villası qarət olundu: 250 min avroluq qızıl saatlar və daha nələr…

Portuqlaiyanın “Portu” klubunun ulduz futbolçusu Rokardo Kuarejmanın villası qarət olunub.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalının villasına girən oğrular 250 min avro dəyərində qızıl saatları və idman aksesuarlarını oğurlayıblar. Polis hadisə yerində araşdırma aparır. 

Qeyd edək ki, bu Kuarejmanın başına gələn ilk hadisə deyil. Belə ki, yanvar ayında da silahlı hücuma məruz qalan futbolçunun 25 min avrosu əlindən alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43