Milli komanda

Premyer Liqada iki oyunun vaxtı dəyişildi – milliyə görə

Peşəkar Futbol Luqası (PFL) Azərbaycan Premyer Liqasında XXI turun 2 oyununun vaxtını dəyişib. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq. Bundan 4 gün sonra isə Bakıda millimiz Litvanı qəbul edəcək. Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə rəsmi müraciət daxil olub və millinin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb.

Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçları keçirilməsi nəzərdə tutulmuşdu. Millinin qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL XXI turun oyunlarında dəyişiklik edib. Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçları bir gün əvvələ – 15 marta keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43