Milli komanda

Yurçeviç Qurbanov və Bordinlə görüşüb

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç “Qarabağ” və “Neftçi” klublarının bazasında olub.

Millimizin baş məşqçisi hər iki klubun baş məşqçisi – Qurban Qurbanov və Roberto Bordinlə görüşüb.

Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43