Kateqoriyasız

Premyer Liqaya VAR gəldi!

Avqustun 5-də start götürəcək Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FİFA tərəfindən AFFA-ya göndərilib.

FİFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43