İdman

Prezident İlham Əliyev “Sumqayıt”ın Müşahidə Şurasının sədrini nazir təyin etdi

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.

İdmanxeber.com-un məlumatına görə, o, Nazirlər Kabinetinin yeni tərkibi haqqında dünənki prezident sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, buna qədər Muxtar Babayev “Sumqayıt”ın sponsorlarından olan “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri idi. O, həmçinin Sumqayıtdan Milli Məclisin deputatıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43