İdman

Prosineçki: “Jurnalistlər acı məğlubiyyətin əvəzinə “Bursaspor” haqda danışmağımı istədilər”

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Idmanxeber.com-un məlumatına görə, təcrübəli çalışdırcı Azərbaycan – Şimali İrlandiya oyunundan sonra baş tutan mətbuat konfransında baş verən hadisələrdən və Türkiyənin “Bursaspor” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb. Çalışdırcı əvvəlcə bunları deyib:

“Bursaspor” haqda ətraflı danışmaq istəmirəm. Bunu Şimali İrlandiya ilə oyundan öncə baş tutan mətbuat konfransında da demişdim. Ancaq oyundan sonra bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər son dəqiqədə buraxdığımız qol və acı məğlubiyyət haqda danışmaq əvəzinə daha çox “Bursaspor” barəsində danışmağımı istədilər. Çox qəzəbli idim”.

Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini deyib:

“Mənim AFFA ilə dekabr ayının əvvəlinə qədər müqaviləm var. Amma bu gün rəhbərliklə görüşəcəyəm. Bundan sonra gələcəklə bağlı ətraflı danışmaq olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43