Milli komanda

Prosineçki: “Onlar yavaş-yavaş buna nail olacaqlar”

“Güclü futbolçuların gələcəkdə yaxşı məşqçi olacağını düşünmək düzgün deyil. Mən futbolçu olaraq hər zaman uğur qazanmışam. Məşqçi kimi də oyunçularımın uğur qazanmasına çalışıram”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan futbolunun potensialı olduğunu vurğulayıb:

“Azərbaycanda futbolun yaxşı gələcəyi ola biləcəyinə inanıram. Bu ölkədə bacarıqlı, gənc futbolçular var. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görür. Azərbaycan əsl futbol ölkəsi olmaq istəyir. Onlar yavaş-yavaş buna nail olacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43