Kateqoriyasız

“Qəbələ” Bolqarıstan klubu ilə heç-heçə etdi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

“Qəbələ” əvvəlki yoxlama oyununda  MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu
22 yanvar

17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43