Dünya futbolu

“Qəbələ” cavab oyununa çıxır

UEFA Gənclər Liqası turnirində iştirak edən “Qəbələ” bu gün cavab oyunu keçirəcək.

Təmsilçimiz Tiraspol şəhərindəki “Şerif kiçik Arena”da, saat 16:00-da “Şerif”lə qarşılaşacaq. Oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Timozeos Kristofiyə olacaq. Ona Georgios Savva və Andreas Mikaelides kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı İon Orlik yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43