Dünya futbolu

Sabiq “Qalatasaray”lı “Real”a keçə bilər

“Porto” klubunun cinah müdafiəçisi Aleks Telles “Real”a transfer oluna bilər. İspaniya mətbuatının verdiyi məlumata görə, Madrid təmsilçisi braziliyalı oyunçunu 40 milyon avroya heyətinə qatacaq.

Qeyd edək ki, “Kral Klubu”nun sol cinah müdafiəçisi Marselonun “Yuventus”a keçəcəyi barədə söz-söhbətlər gəzir. “Real” isə bu transfer ilə Tellesi Marselonun alternatifi kimi düşünür.

Xatırladaq ki, Aleks Telles 2014-2015 mövsümündə “Qalatasaray”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43