Ölkə futbolu

“Qəbələ” ispaniyalı futbolçu transfer etdi – RƏSMİ

2019/20 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidi. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43