Kateqoriyasız

“Qəbələ”nin futbolçusu əməliyyat olunacaq

“Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, oyunçulardan üçü zədədən sonra bərpa dövrü keçir.

Rüfət Əhmədov, Urfan Abbasov və Yaovi Akakpo komanda ilə məşq etmir. Onlar fərdi hazırlıqla kifayətlənir.

​Dizindən zədə alan Gülağa Əsədovun müalicəsi üçün cərrahi müdaxiləyə ehtiyac yaranıb. Gənc futbolçu fevralın 9-da əməliyyat olunacaq. Əsədov bunun üçün Türkiyənin İstanbul şəhərinə yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43