Kateqoriyasız

Qətər – Azərbaycan matçının yeri rəsmən təsdiqləndi

DÇ-2022-nin seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər – Azərbaycan matçının yeri açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün bu barədə UEFA-dan AFFA-ya rəsmi məktub daxil olub.

Martın 27-də keçiriləcək Qətər – Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43