Dünya futbolu

“Qalatasaray” Ziyeşlə danışıqlara başlayır

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Çelsi”nin üzvü Hakim Ziyeşlə maraqlanır. “Sarı-qırmızılar”ın yayda oyunçu ilə təmasa keçəcəyi bildirilir.

30 yaşlı futbolçunun “Çelsi” ilə 2025-ci ilə qədər müqaviləsi var. O, yayda London klubundan ayrıla bilər

Ziyeş cari mövsüm 23 oyunda forma geyinib və 2 assit edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43