Dünya futbolu

“Qalatasaray”dan rəsmən ayrıldı – “Fənərbağça” ilə anlaşıb?

“Qalatasaray” 17 yaşlılardan ibarət komandasının üzve Beknaz Almazbekov komandadan ayrılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə gənc oyunçu sosial şəbəkə hesabından paylaşım edib. O, klubdan ayrıldığını və bütün məşqçilər heyətinə, rəhbərliyə təşəkkür etdiyini bildirib.

Türkiyənin “Fotomac” nəşri isə Beknazın yeni komandasını açıqlayıb. Mənbə oyunçunun “Fənərbağça” ilə anlaşdığını iddia edib.

17 yaşlı futbolçu bir dönəm “Qalatasaray”ın gələcək ulduzlarından biri kimi ehtimal edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43