Dünyadan

“Qalatasaray”ın gözü erməni futbolçuda

Moskva “Spartak”inin futbolçusu Aras Özbiliz  “Qalatasaray”in transfer siyahisina düşüb.

İdmanxeber.com-un məlumatına görə, “Aslan”nin bas məşqçisi  Roberto Mançini erməni futbolçunun transferi ilə bağli rəhbərliyə müraciət edib .

“Cim Bom” “Spartak”in futbolçusu üçün qarşi tərəfə 10 milyon avro təklif edib.

Qeyd edək ki, Özbiliz bu mövsüm 28 oyunda 5 qolla yadda qalıb. Ermənistan millisinin formasını 15 oyunda geyinən futbolçu 4 dəfə rəqib qapıçıları məyus edib.

Vasif


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43