Kateqoriyasız

Qara Qarayevdən sərt açıqlama: “Onlar artıq bizim azarkeşimiz deyillər”

Qara Qarayev oyuna marağın az olmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, dünən keçirilən “Şerif”lə oyundan sonra jurnalistlərin suallarını cavablayan Qara Qarayev azarkeşlərin oyuna gəlməməsindən şikayətlənib:

“Dünən matçdan öncə oxuyanda ki, cəmi 13-14 min bilet satılıb inanın oyuna daha çox kökləndim. Belə həlledici qarşılaşmaya bu qədər az bilet satılar? Bəli, bilirəm ki, bizi dəstəkləyən azarkeşlərlə yanaşı, dəstəkləməyənlər də var. “Qarabağ” azarkeşləri uğura öyrəniblər. Ancaq nəzərə alaq ki, Çempionlar Liqasından sonra Avroliqa ən nüfuzlu turnirdir. Həlledici oyunumuzda bu qədər azarkeşin bizdən imtina etməsi, nə bilim, düşünürəm, onlar artıq bizim azarkeşimiz deyil. Biz uğur qazananda yanımızda olurlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43