Dünya futbolu

“Qarabağ” ən zəiflər sırasında

Avroliqanın qrup mərhələsinin III turuna yekun vurulub. Təmsilçimiz “Qarabağ” qrupdakı çıxışı ilə ən zəiflər sırasındadır. Komandamız geridə qalan 3 matçda xal qazana bilməməsi ilə yanaşı rəqib qapılarına qol da vura bilməyib. Əvəzində 3 oyundan sonra 6 qol buraxan təmsilçimizin aktivində xalı yoxdur.

Oynanılan 3 oyundan sonra xalsız olan komandalar içərisində “Qarabağ”la yanaşı siyahıda “Akhisar”, “Bordo”, “Dudelanj” və “Rusenborq”  yer alır. Zəiflər  içərisində ən pis göstərici isə “Dudelanj” və “Qarabağ”a məxsusdur. Belə ki, hər iki komanda xal qazana bilməsəsi ilə yanaşı rəqib qapılarına yol tapa bilməyib. Üstəlik hər iki komanda da 3 oyundan sonra qapısında eyni sayda – 6 qol buraxıb. “Dudelanj”la “Qarabağ” keçirdiyi 3 oyunun ikisini evdə, birini  səfərdə oynayıb.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri qrupdakı növbəti üç oyunun ikisini səfərdə keçirəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43