Ölkə futbolu

Premyer Liqamızın bombardiri zədlənib

“Sabah” komandasının hücumçusu Marko Deviç məşqdə aldığı zədəsinə görə iki həftə yaşlı meydanlardan uzaq qalacaq. Onun dizindən zədələndiyi və sabahkı “Zirə” matçı ilə yanaşı, növbəti turda “Qəbələ” oyununu da buraxacağı bildirilib.

Oyunçu TPL-nın 11-ci turunda “Səbail”lə oyunda iştirak etməyəcəyi ehtimalı da yüksəkdir.

Qeyd edək ki, Marko Deviç 5 qolla Premyer Liqamızın bombardiridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43