Kateqoriyasız

“Qarabağ” “Adidas”la əməkdaşlığı dayandırdı

“Qarabağ” “Adidas”la əməkdaşlığı dayandırır.

İdmanxeber.az futbolpress.az-a istinadən xəbər verir ki, bundan sonra Ağdam təmsilçilərinin forma və idman geyimi dəstlərini başqa şirkət hazırlayacaq. Artıq yeni texniki sponsorun hansı olacağı da bəllidir.

“Qarabağ” yerli brend “IL’Azero” ilə əməkdaşlığa başlayır. Yaxın zamanda bununla bağlı təqdimat mərasimi keçiriləcək. “Qarabağ” Çempionlar Liqasında eksklüziv dizayn edilmiş yeni formalarla mübarizə aparacaq.

“IL’Azero” Azərbaycanın ilk idman brendidir. 2017-ci ildə İlqar İmamquliyev tərəfindən yaradılan “IL’Azero” müxtəlif idman növü üzrə komandalar, idmançılarla əməkdaşlıq edir, eyni zamanda ölkə xaricindən bir sıra komandaların geyim təminatçısıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43