Ölkə futbolu

“Qarabağ” aparıcı üzvünü itirdi

"Neftçi" üzərində inamlı qələbə qazanan "Qarabağ" ciddi itki ilə üzləşib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi 25-ci tur "Bakı" ilə oyunda Riçard Almeydanın xidmətindən məhrum olacaq. Braziliyalı futbolçu "Neftçi"ylə matçda aldığı sarı kart üzündən cəzalı duruma düşüb və "zolaqlılar"la oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" – "Bakı" oyunu martın 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43