İdman

“Qarabağ” – “Atletiko” oyununa nə qədər bilet satılıb? – RƏSMİ MƏLUMAT

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə  matçın bilet satışı davam edir.

İdmanxeber.com Ağdam klubunun saytına istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı təxminən 20 minə çatıb.

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da başlayacaq.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43