Ölkə futbolu

“Qarabağ” azarkeşlərinə ƏLA xəbər: Bu gün növbəti bilet satışı olacaq!

Bu axşam baş tutacaq UEFA Çempionlar Liqasının pley-off matçının ilk görüşü çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletləri yenidən satışa çıxacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.com-a verdiyi məlumata əsasən, oyuna stadiondan baxmaq istəyən azarkeşlər üçün bu gün saat 15:30-dan etibarən 5-ci və 25-ci sektorun yerdə qalan biletləri satışda olacaq.

Satışa çıxaralacaq bilet təxminən 1300 ədəd sayındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43