İdman

“Qarabağ” – BATE oyununun biletləri satışda

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə keçirəcəyi ev oyununun biletləri artıq satışa çıxarılıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qara bazar”ın qarşısını almaq üçün azarkeşlər biletləri ilkin mərhələdə yalnız “Qarabağ”ın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Bilet alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ” – BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43