İdman

BATE-nin baş məşqçisi “Qarabağ”dan danışdı

“Özümüzü aldatmamaq üçün Helsinkidə HİK-lə oyuna qədər uzağa boylanmırdıq. Ona görə də potensial rəqibləri detallı şəkildə öyrənməmişdik. Əminəm,  “Qarabağ” ciddi rəqibdir”.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE  klubunun baş məşqçisi Aleksey Baqa deyib.

O, bildirib ki, qısa zaman kəsiyində rəqibi analiz edəcəklər: “Qarabağ”ın ötən mövsüm ÇL-in qrup mərhələsində çıxış etdiyini bilirəm. Yəqin ki, Bakıdakı mühit bizim üçün asan olmayacaq və matça çox sayda yerli azarkeş gələcək. Azərbaycan klubu ilə oyunun hazırlığına Helsinkidə belçikalı referinin final fitindən sonra start verdiyimizi hesab etmək olar. Boşa veriləsi vaxt yoxdur. İlk görüşü səfərdə keçirəcəyik. Rəqibi analiz edəcəyik və əldə olunan məlumata əsasən, oyunu necə quracağımıza qərar verəcəyik”.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Albaniyanın “Kukesi”sini, BATE isə Finlandiya təmsilçisi HİK-i mübarizədən kənarlaşdırıb. Bu kollektivlər arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43