Ölkə futbolu

“Qarabağ” bəyanat yaydı – FOTO

“Qarabağ” klubu formalarınınn üzərinə ulduzun əlavə edilməsi ilə bağlı bəyanat yayıb.

İdmanxeber.com həmin bəyanatı təqdim edir:

“Məlum olduğu kimi, “Qarabağ” Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırıb.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçmişdir.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidir.

Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət etmişdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43