Dünya futbolu

“Fənərbaxça”dan rəsmi transfer

Fənərbaxça” mövsümlərarası fasilədə ikinci transferini rəsmən açıqlayıb.

“Sarı-bülbüllərr” bu dəfə əcnəbi futbolçu ilə anlaşıblar.

Öncə “Trabzonspor”dan Mehmet Ekicini transfer edən İstanbul nəhəngi bu dəfə “Lion”un yarımmüdafiəçisi Matyu Valbuenanı heyətinə qatıb. 33 yaşlı hücumameyilli oyunçu ilə hərtərəfli razılıq əldə edilib.

Bu gün İstanbula gələn futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43