UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” “Braqa” ilə tarixi matça çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, saat 00:00-da başlayacaq qarşılaşmada “Qarabağ” klubunun hansı rəngli forma ilə meydana çıxacağı bəlli olub. Ağdam təmsilçisi portuqallarla matçda qara rəngli formadan istifadə edəcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.