Kateqoriyasız

“Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.com-un məlumatına görə, siyahıda 25 futbolçunun adı yer alıb. Amma bu, ilkin siyahıdır və sonrakı mərhələlərdə “Qarabağ”ın əlavə futbolçu sifariş etmək hüququ var.

“Qarabağ”ın UEFA-ya göndərdiyi hazırkı siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Fərhad Vəliyev, Ağaseyid Qasımov, İbrahim Şehiç

Müdafiəçilər: Qara Qarayev, Tərlan Quliyev, Bilal Abbaszadə, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov

Yarımmüdafiəçilər: Namiq Yusifov, Hacı Əhmədov, Muarem Muarem, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Toğrul Bilallı, Leroy Corc, Cumbinyo, Cavid Tağıyev

Hücumçular: Reynaldo, Vüqar Nadirov, Tural Rzayev, Tural İsgəndərov

Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasında ilk oyununu iyulun  15-də Maltada yerli “Valletta”ya qarşı keçiriləcək. ÇL-in ikinci mərhələsinin bu komandalar arasındakı cavab qarşılaşması iyulun 22-si Bakıda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43