Kateqoriyasız

“Qarabağ” da Xocalını unutmadı- FOTOLAR

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar klubu ziyarət edib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Gözəl komanda ilə birgə faciəni yad edib.

Klub rəsmisi əsas komanda ilə bazada görüşüb. Görüşdə ilk olaraq Xocalıda ermənilər tərəfindən öldürülən azərbaycanlılarln ruhu bir dəqiqəlik sükutla yad olunub. 
Ardınca Tahir Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. O, bu  faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu qeyd edib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43