Ölkə futbolu

“Qarabağ” güclü yağış altında məşq etdi – Şəkillər

Türkiyənin Antalya şəhərində mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qarabağ” 1 günlük istirahətin ardından məşqləri bərpa edib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, komanda ötən günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi yerli vaxtla 11:00-da başlayıb. Futbolçular isinmə hərəkətlərinin ardından “kvadrat” oynayıb və fiziki çalışamalara üstünlük verib.

Günün ikinci məşqi yerli vaxtla 17:30-da başlayıb və təxminən 90 dəqiqə davam. Güclü yağış altında davam edən məşqdə futbolçular toplu hərəkətləri yerinə yetirib və məşqə ikitərəfli oyunla yekun vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43