Dünya futbolu

Uesli Snayder: “Uzun müddət futbol oynamaq istəyirəm”

Bir müddət “Qalatasaray”ın formasını geyinən ulduz futbolçu Uesli Snayder Hollandiya mətbuatına müsahibə verib. Təcrübəli futbolçu hazırkı klubu olan “Al Qharafa” ilə qalan 6 aylıq müqaviləsi barədə də danışıb:

“35 yaşa çatmağıma çox az qalıb. Ancaq özümü möhtəşəm hiss edirəm və uzun müddət futbol oynamaq istəyirəm. Burada müavilən bitdikdən sonra yeni gələn təklifləri mütləq dəyərləndirəcəm”

Qeyd edək ki, hollandiyalı udduz futbolçu bu yaxınlarda Türkiyənin I liqa təmsilçisi “Adana Demirspor”la transfer danışıqları aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43