Kateqoriyasız

“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdi

Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Premyer Liqanın 27-ci turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib.

Bu haqda PFL-in saytı məlumat yayıb.

Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43