Kateqoriyasız

“Qarabağ” “İnter”lə oyuna da ciddi itkilərlə çıxacaq: ikisi müəyyən, biri qeyri-müəyyən

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “İnter”lə keçirəcəyi matça da ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunda bir müddətdir ki, zədəli olan Çumbinyo və Danilo Dias İtaliya nəhəngi ilə Bakıdakı həlledici oyunu buraxmalı olacaqlar. Digər zədəli Reynaldonun Milan klubu ilə oyunda meydana çıxıb-çıxmayacağı isə qeyri-müəyyən olaraq qalır. 

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı dekabrın 11-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43