Kateqoriyasız

“Qarabağ” – “Lex” matçını canlı yayımlayacaq kanallar

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində iyulun 12-də “Qarabağ” “Lex”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək cavab matçını ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq. Bu matçı Polşanın “TVP Sport” telekanalı da mavi ekranlara daşıyacaq.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43