Ölkə futbolu

“Qarabağ” “Palermo”nun futbolçusuna təklif göndərdi

İtaliya mətbuatı “Palermo”nun futbolçusu Karluş Apna Embalonun “Qarabağ”ın maraq dairəsinə düşməsi haqda xəbər yayıb.

İdmanxeber.com-un məlumatına görə, mediagol.it saytı “Sportitalia”ya istinadən məlumat yayıb ki, bu transferin gerçəkləşməsi üçün Ağdam klubu “Palermo”ya müraciət edib. Müraciətə yaxın günlərdə cavab veriləcəyi bildirilib.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi olan 23 yaşlı Qvineya-Bisaulu bu futbolçu ötən mövsüm A seriyasında 12 oyunda meydana çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43