İdman

“Qarabağ” PAOK-a niyə “yox” dedi?

“Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

İdmanxeber.com-un məlumatına görə, Yunanıstan mətbuatında yer alan xəbərdə deyilir ki, “Qarabağ” ötən mövsüm Pedronu icarəyə götürmək üçün PAOK-a 166 min avro ödəyib. PAOK Enrikeni “Qarabağ”a 3 milyon avroya da satmağa razı olub. Ancaq Ağdam təmsilçisi bu məbləği ödəmək istəməyib.

Pedro “Qarabağ”da çıxdığı 26 matçda 6 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43