Bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” PAOK-u qonaq edəcək.
İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq görüşü “İdman Azərbaycan” kanalı canlı yayımlayacaq.
Qeyd edək ki, “Qarabağ” – PAOK qarşılaşmasını Türkiyə və Rusiya kanallarından heç biri canlı yayım proqramına salmayıb.