Kateqoriyasız

“Qarabağ” Qəbələyə getdi

Azərbaycan çempionu Qarabağ” Çempionlar Liqasında hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün Qəbələyə gedib.

Ağdam təmsilçisi səhər saatlarında Bakını tərk edib.

“Qarabağ”ın düşərgəsində futbolçular Xayme Romero və Miçel Maderadan başqa hamı yer alıb. Hazırda vətənlərində olan ispaniyalı oyunçuların yaxın vaxtlarda ölkəmizə qayıdacağı gözlənilir.

Dünən komanda üzvləri koronavirus testindən keçiblər və heç kimdə virus aşkarlanmayıb. (Qol.az)

Nazirlər Kabineti yanında Operativ Qərargah  avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43