Ölkə futbolu

“Qarabağ” – “Qəbələ” matçına nə qədər bilet satılıb?

Bu gün Azərbaycan kubokunun finalında “Qarabağ” “Qəbələ” klubu ilə qarşılaşacaq.

Naxçıvan şəhər stadionunda keçiriləcək matça artıq 9 mindən artıq bilet satılıb. Bu isə o deməkdir ki, sabahkı oyunda anşlaq olacağı gözlənilir.

Xatırladaq ki, 2013-cü ildən istifadəyə verilən stadion 13.800 azarkeş tutumuna malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43