Kateqoriyasız

“Qarabağ” Qəbələyə yollanır

Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ”nin qonağı olacaq “Qarabağ” bu oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu gün yeganə çalışma gerçəkləşdirib Qəbələyə yollanacaq.

Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab qarşılaşması isə martın 19-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43