Kateqoriyasız

“Qarabağ” rəhbərliyindən təqdirəlayiq hərəkət: Yaralanan azarkeşin xərclərini üzərinə götürdülər

Ötən gün UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununda stadionda üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur.
Xatırladaq ki, ötən gün Bakıda keçirilən "Qarabağ" – "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı. Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. (anspress.com)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43