Kateqoriyasız

“Qarabağ” – “Sabah” matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.

Bu gün keçiriləcək “Qarabağ” – “Sabah” matçı saat 18:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43