Kateqoriyasız

“Qarabağ” – “Sevilya” matçına 48 saat qalmış…

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sevilya” matçına bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün satışa çıxarılan biletlərin yalnız 2 mini qalıb.

Sentyabrın 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:55-də başlayacaq oyun üçün satışda qalan cəmi 2 min biketin gün sonuna kimi satılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43