Kateqoriyasız

“Qarabağ” – “Sevilya” matçına hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın baş hakimi Ukrayna Futbol Federasiyasından Yevheni Aranovski olacaq. Ona həmyerliləri Semen Şlonçak və İhor Alokin köməklik edəcək.  Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Sevilya” görüşü sentyabr 19-u saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43