Kateqoriyasız

“Qarabağ” Şotlandiyadan məğlub dönür (YENİLƏNİB)

Çempionlar Liqası – Üçüncü təsnifat mərhələsi (ilk oyun)

29 iyul

 "Seltik" – "Qarabağ" 1:0

Baş hakim: Robert Şörgenhoffer (Avstriya)

Qlazqo. "Seltik Park" Arena.

MATÇ BAŞLADI

1 dəq. Hakimin fitindən sonra şotlandlar topu oyuna daxil etdi.

3 dəq. Ansi Aqolli sərt oynayır. Hakim cərimə zərbəsi təyin edir. Lakin şotlandlar heç nə ilə yadda qalmırlar.

6.dəq Quintana künc zərbəsindən topu oyuna daxil edir.

8.dəq Cavid Tağıyevin zərbəsi olduqca bərbad alınır.

10.dəq Boyatadan gözəl hərəkətlər. Qapı qarşısına ötürməsi isə bərbad alınır

12 dəq. "Qarabağ" topa nəzarət edən tərəfdi. 

14 dəq. Oyun əsasən meydnaın mərkəzində keçir.

15 dəq.  "Seltik"in futbolçuları "Qarabağ"ın qapısında  boşluq axtarırlar. Lakin müdafiə keçilməzdi.

18 dəq. Komandalar ehtiyalı oyuna üstünlük verirlər.

19 dəq. Topa sahib olma "Seltik" 53% – "Qarabağ" 47%

20 dəq. Bu ana kimi komandalar hərəyə iki zərbə endiriblər ki, bu zərbələr də qeyri-dəqiq olub.

21 dəq. Nadir Çiftçi rəqibin heyətində daha çox fəal olan oyunçudu. Hakim ona qarşı edilən kobudluqda futbolçunun simuliyasiya etdiyini düşünür.

24 dəq. Şehiç komandanı real qoldan xilas edir.

25 dəq. Stivenin zərbəsindən sonra Şehiç növbəti dəfə gözəl qurtarışla hesabın açılmasına imkan vermir.

27 dəq. Armstronq qaydanı pozur. Dani Quintana cərimə zərbəsi qazandırır komandasına.

30 dəq. Almeydanın zərbəsi və top qapının yanından keçir.

34 dəq. "Seltik" oyunu hücumda keçirir.

35 dəq. "Seltik" küncdən zərbə başlayır. Ancaq Boyata qaydanı pozur. 

35 dəq. Dani Quintana cərimə zərbəsi qazandırır. 

36 dəq. "Seltik"in futbolçusu İzaquerro sərt oyuna görə sarı vərəqə ilə cəzalandırırlır.

37 dəq. Yenədə cərimə zərbəsini komandasına Dani Quintana qazandırır. Bu dəqiqələrdə "Qarabağ"ın heyətində ispaniyalı futbolçu fəal təsir bağışlayır.

38 dəq. Biton yenidən qaydanı pozur. Yenədə Dani Quintanaya qarşı kobud oyun.

Bu dəqiqələrdə topa sahib olma 50-50. Qapıya dəqiq zərbələrdə isə "Seltik" 1-0 öndədi.

41 dəq. Yohansen qaydnaı pozur. 

42 dəq. İlqar Qurbanov qaydanı pozur. 

43 dəq. Nadir Çiftçi qaydnaı pozur. Dani Quintana cərimə zərbəsi qazanır

44 dəq. Van deyk sarı vərəqə ilə cəzalandırılır. 

45 dəq. Bu dəqiqələrdə oyun əsasən meydançanın mərkəzində keçir. Qurban Qurbanovun yetirmələri rəqibi qayda pozuntusu etməyə məcbur edir.

Topa sahib olmada "Qarabağ" üstündü – 48:52.

Birinci hissə başa çatdı

İkinci hissə başladı…

46 dəq. İlk hissəyə olduğu kimi ikinci yarıya da, "Seltik" üstün başlayır.

48 dəq. Armnstronq qaydanı pozur. Rəşad Sadıqov komandanın təhlükəli hücumuna başlayır. Lakin müdafiəçilər hücumun alınmasına imkan vermirlər.

50 dəq. Biton qapıya zərbə vurmağa çalışsa da top qapının yanından keçir.

51 dəq. "Qarabağ" künc zərbəsi yerinə yetirir. Quintana topa yaxınlaşır. Lakin bu vəziyyətdən də komandamız yararlana bilmir.

52 dəq. Almeyda qaydanı pozur.

52 dəq.  Qarşılıqlı hücumlar davam edir. Nadir Çiftçinin zərbəsindən sonra top qapının yanından keçir. 

Hər iki komanda təhlükəli hücum qurmaqda çətinlik çəkir

54 dəq. "Qarabağ" üçüncü künc zərbəsini yerinə yetirir. C. Tağıyev topu oyuna daxil edəcək.

Növbəti – 4-cü künc zərbəsini Ağdam klubunun futbolçuları yerinə yetirirlər. Lakin "Seltik"in müdafiəçiləri bu dəfə də dəqiq oynayırlar. 

55 dəq. "Seltik" əks-hücuma atılsa da, Nadir Çiftçi oyundna kənar vəziyyətə düşür. Buna baxmayaraq şotlandların hücumu davam edir. 

56 dəq. "Qarabağ" topu özündə saxlamaqla yeni hücum qurmağa çalışır.

60 dəq. Şehiç mötəşəm oynayır. "Seltik" az qala hesbaı açacaqdı.

62 dəq. 14 nömrəli oyunçu Armstronq meydançanı tərk edir. Oyuna daxil olan futbolçu isə Forrestdir

65 dəq Q.Qarayev qaydanı pozur.

66 dəq. Yohansan cərimə zərbəsini yerinə yetirəcək.

67 dəq. "Qarabağ" inamla müdafiə olunur. Bu dəqiqələrdə meydan sahiblərinin kəskin hücumları davam edir. 

68 dəq. "Seltik"in təhlükəli hücumunda Şehiç yenə inamlı oynayır. Van Deyk zərbə vursada top qapının

69 dəq. "Seltik"də növbəti əvəzetmə.  Qriffits meydana daxil olur. Meydançanı tərk edən isə 6 nömrəli oyunçu Bitondur.

70 dəq. "Qarabağ"ı hücum təşkil edir. Reynaldonun zərbəsi istədiyi kimi alınmır.

Bu dəqiqələrdə meydan sahibləri topa nəzarət edən tərəfdir 53-47

73 dəq. Reynaldo oyundan kənar vəziyyətə düşür.

Dəqiqələr sona yaxınlaşdıqca Seltik bütün qüvvəsi ilə hücuma atılır. "Qarabağ" rəqibini əks-hücumda tuta bilər.

74 dəq. "Qarabağ" ilk əvəzetməsini həyata keçirir. Cavid Tağıyevin əvəzinə meydana Elvin Məmmədov daxil olur.

75 dəq. "Seltik"in futbolçuları bu dəqiqələrdə tələrislər və buna görə də tez-tez səhvlərə yol verirlər.

Topaz sahib olma 52-48

77 dəq.  Elvin Məmmədov qapıya zərbə endirir. Lakin zərbə qeyri-dəqiq alınır.

80 dəq. "Seltik"də növbəti əvəzləmə.  Bu arada "Qarabağ"da daə vəzetmə olur. Quintananı Diniyev əvəzləyir.

81 dəq. "Seltik" 2-ci künc zərbəsini başlayır. Və hesab açılır. Künc zərbəsindən sonra Boyata topu qapıdan keçirir. Meydana 80-cı dəq.də daxil olan Kommonsun məhsuldar ötürməsindən sonra Boyata hesabı açır – 1:0

83 dəq. "Qarabağ" bütün gücü ilə irəli atılır. Yohansan qaydanı pozur. Almeyda cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirir.

86 dəq. Elvin Məmmədov yenidən qapıya zərbə endirsə də, dəqiq alınmır.

87 dəq. "Qarabağ"ın yeni transferi Pupon meydana daxil olur. 

89 dəq. "Qarabağ" hücumda olan tərəfdi. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur.

90+1 dəq. Kommons Elvin Məmmədova qarşı kobud oynayır. Hakim onu sarı vərəqə ilə cəzalandırır.

90+2 dəq. Bu dəfə qaydanı Ansi Aqolli pozur. Bu dəqiqələrdə "Seltik"in hücumları davam edir.

90+4 R.Sadıqov qaydanı pozur və sərbəst zərbə.

"Qarabağ"ın son hücum imkanı.

Hücum təhlükəli olur. Avstriyalı hakim fitini səsləndirir və oyun başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43