Kateqoriyasız

“Zirə” “Hapoel”in futbolçusunu transfer etdi

Hazırlığını Türkiyədə davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. 

İdmanxeber.com-un məlumatına görə, nigeriyalı Çimezi Mba komandayla bir illik müqaviləyə imza atıb. Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın “Hapoel” klubundan ölkəmizə gəlib. 

Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib. 23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasinda oynayib. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43