Kateqoriyasız

“Qarabağ” – “Sürix” oyununun biletləri satışda

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilcək “Qarabağ” – “Sürix” oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.az Ağdam klubunun mətbuat xdmətinə istinadən xəbər verir ki, biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Republika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43