İdman

“Qarabağ” Suriya ilə oyunun saatını açıqladı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Suriya millisi ilə keçirəcəyi yoxlama oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un klubun “Feysbuk” səhifəsində istinadən yaydığı xəbərə görə, matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Bolqarıstan “Ludoqorets”i (1:1) və  Avstriya “Vakker İnsbruk”u (0:0) ilə heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43